0
Sunday 15 November 2020 - 21:28

Həşd əl-Şəbidən İŞİD-ə ölümcül zərbə!

Story Code : 897994
Həşd əl-Şəbidən İŞİD-ə ölümcül zərbə!
İraqın şərqində Diyalə əyalətindəki Həşd əl-Şəbi qüvvələrinin komandiri Talib əl-Musəvi bildirib ki, qabaqlayıcı əməliyyat zamanı bu məntəqədəki İŞİD terror qruplaşmasının ən böyük qanadı məhv edilib.

"Əl-Aləm əl-Hərbi" xəbər agentliyinin verdiyi məlumata görə Talib əl-Musəvi deyib ki, Həşd əl-Şəbi müqavimət hərəkatının kəşfiyyat qrupu Diyalə vilayətinin Xanəqin bölgəsində İŞİD terrorçuları ilə üz-üzə gəlib və onlara ölümcül zərbələr endirərək terrorçuları məhv edib, eyni zamanda çoxlu sayda silah və hərbi texnikanı qənimət olaraq ələ keçirib.

Həşd əl-Şəbi rəsmisinin sözlərinə görə, İŞİD üzvləri Diyalə vilayətində mülki şəxslərə qarşı terror əməliyyatları həyata keçirməyi planlaşdırırmışlar.
Source : IslamTimes