QR CodeQR Code

Həşd əl-Şəbidən İŞİD-ə ölümcül zərbə!

IslamTimes , 15 Nov 2020 21:28

İslamTimes: İŞİD terror qruplaşmasının İraqdakı ən böyük qanadı məhv edilib


İraqın şərqində Diyalə əyalətindəki Həşd əl-Şəbi qüvvələrinin komandiri Talib əl-Musəvi bildirib ki, qabaqlayıcı əməliyyat zamanı bu məntəqədəki İŞİD terror qruplaşmasının ən böyük qanadı məhv edilib.

"Əl-Aləm əl-Hərbi" xəbər agentliyinin verdiyi məlumata görə Talib əl-Musəvi deyib ki, Həşd əl-Şəbi müqavimət hərəkatının kəşfiyyat qrupu Diyalə vilayətinin Xanəqin bölgəsində İŞİD terrorçuları ilə üz-üzə gəlib və onlara ölümcül zərbələr endirərək terrorçuları məhv edib, eyni zamanda çoxlu sayda silah və hərbi texnikanı qənimət olaraq ələ keçirib.

Həşd əl-Şəbi rəsmisinin sözlərinə görə, İŞİD üzvləri Diyalə vilayətində mülki şəxslərə qarşı terror əməliyyatları həyata keçirməyi planlaşdırırmışlar.


Story Code: 897994

News Link :
https://www.islamtimes.org/az/news/897994/həşd-əl-şəbidən-işid-ə-ölümcül-zərbə

Islam Times
  https://www.islamtimes.org