QR CodeQR Code

Boris Conson yenidən özünü təcrid edib

16 Nov 2020 10:55

İslamTimes: Böyük Britaniyanın Baş naziri Boris Conson “SARS-CoV-2” koronavirus testi müsbət nəticələnmiş bir şəxslə təmasda olduğu üçün yenidən özünü təcrid etmək məcburiyyətində qalıb.


APA xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Siyasətçi noyabrın 12-də bir qrup millət vəkili ilə görüşüb. Sonradan məlum olub ki, deputatlardan birinə - Li Andersona koronavirus diaqnozu qoyulubmuş.

Baş nazir bildirib ki, hazırda özünü yaxşı hiss edir və səhhətində COVID-19-un əlamətləri yoxdur. Conson əlavə edib ki, məsafədən işləməyə davam edəcək.

Qeyd edək ki, Britaniyanın Baş naziri bu ilin mart ayının sonunda koronavirusa yoluxmuşdu.


Story Code: 898061

News Link :
https://www.islamtimes.org/az/news/898061/boris-conson-yenidən-özünü-təcrid-edib

Islam Times
  https://www.islamtimes.org