QR CodeQR Code

FHN işğaldan azad olunmuş bu ərazilərdə fəaliyyətə başladı

16 Nov 2020 08:48

İslamTimes: FHN işğaldan azad olunmuş bu ərazilərdə fəaliyyətə başladı


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlamışdı.


Story Code: 898064

News Link :
https://www.islamtimes.org/az/news/898064/fhn-işğaldan-azad-olunmuş-bu-ərazilərdə-fəaliyyətə-başladı

Islam Times
  https://www.islamtimes.org