QR CodeQR Code

NATO-nun helikopteri qəzaya uğradı

6 Aug 2011 16:13

IslamTimes - Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb. 32 nəfər həlak olub.


Qəzanın texniki səbəblərdən baş verdiyi, yaxud vurulduğu məlum deyil. Hadisənin detalları açıqlanmır. Bəzi mənbələr qəza nəticəsində 38 nəfərin həlak olduğunu yazıb.

Əfqanıstan prezidenti Həmid Kərzayi qəzanın dünən ölkənin Vardaq bölgəsində baş verdiyini açıqlayıb. O qəzada çoxlu sayda NATO əsgərinin ölməsi səbəbilə ABŞ prezidenti Barak Obamaya başsağlığı məktubu göndərdiyini vurğulayıb.

Taliban hərəkatı NATO helikopterinin dünən onlar tərəfindən vurularaq yerə salındığını bəyan edib. Rəsmi mənbələr bu xəbəri şərh etməyib.


Story Code: 89810

News Link :
https://www.islamtimes.org/az/news/89810/nato-nun-helikopteri-qəzaya-uğradı

Islam Times
  https://www.islamtimes.org