QR CodeQR Code

İŞİD lideri və onun fəaliyyətləri haqda yeni məlumatlar yayılıb

IslamTimes , 16 Nov 2020 18:14

İslamTimes: İraqın Terrorla Mübarizə Xidmətinin rəhbəri Abdul Vəhab əl-Saedi İŞİD terror qruplaşmasının lideri Əbu İbrahim əl-Quraşi haqqında yeni məlumatlar əldə etdiyini söyləyib.


"Əl-Ərəbi əl-Cədid" qəzeti Əl-Saediyə istinadən yazıb ki, Əl-Quraşi artıq İŞİD üzvlərinə birbaşa rəhbərlik etmək iqtidarında deyil.

İraqlı komandirin sözlərinə görə, Əl-Quraşi davamlı olaraq İraq və Suriya arasındakı sərhəddə hərəkət edir. Bu yerdəyişmələrlə bağlı aktivliyi sərhəd bölgələrində aydın müşahidə etmək olur.

İraqlı komandir əlavə edib ki, Əl-Quraşi artıq İŞİD ünsürləri üçün o qədər də əhəmiyyətli deyil və bu səbəbdən o fərdi və gizli şəkildə fəaliyyət göstərir.

Həbs olunan İŞİD üzvlərindən rəhbərlərini yaxından tanıyıb-tanımadıqları və ya ona beyət etdikləri soruşulduqda isə onlar həqiqi bir şəxslə deyil, sanki bir ruha beyət etdiklərini və İŞİD liderini görmədiklərini, hətta səsini belə eşitmədiklərini bildirir.

Əl-Quraşi 2019-cu ilin oktyabrında Suriyanın şimal-qərbindəki hərbi əməliyyat zamanı öldürülən Əbu Bəkr əl-Bağdadinin canişini olaraq təyin edilib.

Bu günlərdə İraq təhlükəsizlik qüvvələri, xüsusən Həşd Şəbi qüvvələri İŞİD terrorçularının İraq ərazisinə girməsinin qarşısını almaq üçün Suriya ilə sərhəddə əməliyyatlar həyata keçirirlər.


Story Code: 898154

News Link :
https://www.islamtimes.org/az/news/898154/işid-lideri-və-onun-fəaliyyətləri-haqda-yeni-məlumatlar-yayılıb

Islam Times
  https://www.islamtimes.org