0
Monday 16 November 2020 - 23:59

Makron: ABŞ-dan asılı olmamalıyıq!

Story Code : 898225
Makron: ABŞ-dan asılı olmamalıyıq!
"Hill" informasiya agentliyinin verdiyi məlumata görə, Fransa Prezidenti Emanuel Makron bildirib ki, hətta yeni seçilmiş prezident Co Bayden ABŞ-da idarəetməni ələ aldıqdan sonra belə AB ölkələri müdafiə və maliyyə sahəsində ABŞ-dan müstəqil olmaq üçün səylərini davam etdirməlidir!

Makron deyib: "ABŞ yalnız müdafiə sahəsində müstəqil olacağımız təqdirdə bizə müttəfiq olaraq hörmət edəcək."

Makron ABŞ-ın İranla nüvə razılaşmasını 2018-ci ildə tərk etməsindən sonra AB ilə ABŞ arasında fikir ayrılıqları yarandığını və bu fikir ayrılıqlarının Avropanın iqtisadiyyatı və qlobal ehtiyat valyutası olan ABŞ dollarına ciddi təsir göstərdiyini bildirib.
Source : IslamTimes