QR CodeQR Code

Makron: ABŞ-dan asılı olmamalıyıq!

IslamTimes , 16 Nov 2020 23:59

İslamTimes: Makron Avropa Birliyinə ABŞ-dan müstəqil olmaqla bağlı çağırış edib


"Hill" informasiya agentliyinin verdiyi məlumata görə, Fransa Prezidenti Emanuel Makron bildirib ki, hətta yeni seçilmiş prezident Co Bayden ABŞ-da idarəetməni ələ aldıqdan sonra belə AB ölkələri müdafiə və maliyyə sahəsində ABŞ-dan müstəqil olmaq üçün səylərini davam etdirməlidir!

Makron deyib: "ABŞ yalnız müdafiə sahəsində müstəqil olacağımız təqdirdə bizə müttəfiq olaraq hörmət edəcək."

Makron ABŞ-ın İranla nüvə razılaşmasını 2018-ci ildə tərk etməsindən sonra AB ilə ABŞ arasında fikir ayrılıqları yarandığını və bu fikir ayrılıqlarının Avropanın iqtisadiyyatı və qlobal ehtiyat valyutası olan ABŞ dollarına ciddi təsir göstərdiyini bildirib.


Story Code: 898225

News Link :
https://www.islamtimes.org/az/news/898225/makron-abş-dan-asılı-olmamalıyıq

Islam Times
  https://www.islamtimes.org