0
Tuesday 17 November 2020 - 00:24

Trampın müşaviri: "Görünən odur ki, seçkilərdə Bayden qalib gəlir"

Story Code : 898226
Trampın müşaviri: "Görünən odur ki, seçkilərdə Bayden qalib gəlir"
APA xəbər verir ki, bu sözləri Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayen səsləndirib.

“Baxın, əgər Bayden-Harris biletinin qalib olduğu müəyyənləşsə - və hazırda işlər açıq-aşkar belə görünür - biz Milli Təhlükəsizlik Şurası olaraq çox peşəkar şəkildə ötürmə edəcəyik”, - deyə Robert O'Brayen Qlobal Təhlükəsizlik Forumundakı onlayn çıxışında qeyd edib.