QR CodeQR Code

Pompeo Türkiyəni tənqid edib

17 Nov 2020 17:45

İslamTimes: Pompeo Türkiyəni Dağlıq Qarabağda və Liviyadakı fəaliyyətlərinə görə tənqid edib


ABŞ dövlət katibi Mayk Pompeo "Figaro" qəzetinə müsahibə verib. O Türkiyəni Dağlıq Qarabağ mövzusunda Azərbaycana verdiyi dəstəyə və Liviyadakı fəaliyyətlərinə görə tənqid edib. O deyib: "Fransa prezidenti Emanuel Makron və mən Türkiyənin son hərəkətlərinin təcavüzkarlıq olduğunu düşünürük."

Pompeo əlavə edib: "Avropa və ABŞ Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı bu cür hərəkətlərin Türk xalqının mənafeyinə uyğun olmadığına inandırmalıdır."

ABŞ Dövlət Katibi həmçinin bildirib ki, Türkiyənin hərbi gücdən istifadə etməsi hallarının son zamanlarda çoxalması nigaran edicidir.


Story Code: 898404

News Link :
https://www.islamtimes.org/az/news/898404/pompeo-türkiyəni-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org