QR CodeQR Code

Sionist rejim də Trampa arxa çevirdi

IslamTimes , 17 Nov 2020 23:17

İslamTimes: Sionist rejimin prezidenti və baş naziri Co Baydenlə telefon bağlantısı yaradıb


"Jerusalem Post" qəzetinin yazdığına görə, işğalçı İsrail prezidenti Reuven Rivlin və baş nazir Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenlə telefon bağlantısı quraraq onu son seçkilərdəki qələbəsi münasibətilə təbrik ediblər.

İşğalçı İsrail prezidenti Reuven Rivlin bu gün Baydenin prezident seçkilərindəki qələbəsindən bir həftə yarım ötdükdən sonra onunla telefonla əlaqə saxlayaraq qələbə münasibətilə Baydeni təbrik edib.

R. Rivlin deyib: "Şübhəsiz ki, sizin rəhbərliyiniz altında Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyi və inkişafına sadiq qalmağa davam edəcək. İsrailin köhnə bir dostu olaraq bilirsiniz ki, dostluğumuz hansısa partiya siyasətindən daha yüksək dəyərlərə əsaslanır."


Story Code: 898421

News Link :
https://www.islamtimes.org/az/news/898421/sionist-rejim-də-trampa-arxa-çevirdi

Islam Times
  https://www.islamtimes.org