0
Tuesday 17 November 2020 - 23:48

Bin Zayed işğal olunmuş Fələstin torpaqlarına səfər edəcək

Story Code : 898425
Bin Zayed işğal olunmuş Fələstin torpaqlarına səfər edəcək
İsrail mətbuatı sionist rejim prezidenti Reuvin Rivlinin Birləşmiş Ərəb Əmirliyi vəliəhdi Məhəmməd bin Zayedi işğal altındakı ərazilərə səfər etməyə dəvət etdiyini yazıb.

KİV sionist rejim başçısının ofisinə istinadən bildirib ki, BƏƏ vəliəhdi Rivlinin dəvətinə cavab olaraq yaxın gələcəkdə işğal altındakı Fələstini ziyarət etmək niyyətində olduğunu vurğulayıb.

"Yedioth Ahronoth" qəzeti isə bazar ertəsi axşamı Benyamin Netanyahunun gələn ay BƏƏ-yə gedəcəyini yazıb.

Bu, səfər Netanyahunun Əmirlik vəliəhdi Məhəmməd bin Zayedin şəxsi dəvəti ilə Əbu-Dabiyə ilk səfəri olacaq.
Source : IslamTimes