0
Wednesday 18 November 2020 - 08:36

Türkiyədə pandemiya ilə əlaqədar həftəsonu küçəyə çıxmaq qadağan edilib

Story Code : 898460
Türkiyədə pandemiya ilə əlaqədar həftəsonu küçəyə çıxmaq qadağan edilib
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə birgə növbəti iclasından sonrakı çıxışında bildirib.

Prezident deyib ki, COVİD-19 infeksiyasına yoluxma sayı ölkə boyu artdığına görə, mübarizə tədbirlərilə əlaqədar bu həftənin cümə ertəsi və bazar günündən başlayaraq (saat 10.00-dan 20.00-dək xaric) həftəsonu küçəyə çıxma məhdudiyyəti tətbiq olunacaq.

Bundan başqa ölkədə yaşı 65-dən yuxarı və 20-dən aşağı olanların  həftənin bütün günlər (saat 10.00-20.00 xaric) küçəyə çıxmaları qadağan ediləcək. Ticarət mərkəzləri, mağazalar, qadın və kişi bərbərxanaların fəaliyyəti də  saat 10.00-dan 20.00-dək məhdudlaşdırılacaq.

Ərdoğan müvəqqəti olaraq kafe və restoranlarda yalnız paket servisinin xidmət göstəriləcəyini, kitabxana, kinoteatrlar və futbol, voleybol meydançalarının fəaliyyətlərinin dayandırılacağını, əsas küçə və meydanlarda siqaret çəkmək qadağasının davam edəcəyini, idman oyunlarının tamaşaçısız keçiriləcəyini bildirib.

Prezident Türkiyədə məktəblərin də ilin sonunadək qapalı olacağını, təhsilin distant formada onlayn davam edəcəyini deyib.