QR CodeQR Code

Tramp Kibertəhlükəsizlik agentliyinin rəhbərini İŞDƏN QOVDU

18 Nov 2020 09:45

İslamTimes: ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastruktur üzrə Agentliyinin başçısı Kris Krebsin vəzifəsindən çıxarılması haqqında qərar qəbul edib.


Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sosial şəbəkədə bildirib.

"Kris Krebs Kibertəhlükəsizlik və İnfrastruktur üzrə agentliyin başçısı vəzifəsindən çıxarılıb", - Tramp "Twitter"dəki hesabında yazıb.

O, qeyd edib ki, Krebsin prezident seçkiləri haqqında son bəyanatı olduqca qeyri-dəqiq idi.

ABŞ rəhbərinin sözlərinə görə, seçkilərdə müxtəlif pozuntular baş verib.


Story Code: 898468

News Link :
https://www.islamtimes.org/az/news/898468/tramp-kibertəhlükəsizlik-agentliyinin-rəhbərini-işdən-qovdu

Islam Times
  https://www.islamtimes.org