0
Wednesday 18 November 2020 - 09:45

Tramp Kibertəhlükəsizlik agentliyinin rəhbərini İŞDƏN QOVDU

Story Code : 898468
Tramp Kibertəhlükəsizlik agentliyinin rəhbərini İŞDƏN QOVDU
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sosial şəbəkədə bildirib.

"Kris Krebs Kibertəhlükəsizlik və İnfrastruktur üzrə agentliyin başçısı vəzifəsindən çıxarılıb", - Tramp "Twitter"dəki hesabında yazıb.

O, qeyd edib ki, Krebsin prezident seçkiləri haqqında son bəyanatı olduqca qeyri-dəqiq idi.

ABŞ rəhbərinin sözlərinə görə, seçkilərdə müxtəlif pozuntular baş verib.