"Vaxt var idi, biz otururduq, düşmənin təyyarəsi gəlib başımızın üstündən şəhərlərimizi bombardman edirdi, bizim heç bu səviyyədə də müdafiə texnikamız yox idi; və ya raket göndərəndə ona qarşı mübarizə üçün heç nəyimiz yox idi. Lakin sonradan hər cür imkanlar əldə etdikdən sonra düşmənlərimiz – ən azından regiondakılar; regionda olanlar, yaxud burada qüvvələrini yerləşdirənlər – bilirlər ki, İslam Respublikası hədəfi dəqiq vuran raketləri ilə bu regionda istənilən düşmənlə qarşı-qarşıya gələrək onu əzmək iqtidarındadır; bunu dərk ediblər. Çəkindirici status budur; bu o deməkdir ki, bəzən ağıllarından İrana hərbi hücum etmək keçən düşmənlər dayanıb düşünməli, atmaq istədikləri addımı ölçüb-biçməlidirlər. Anlamalıdırlar ki, xeyr, belə deyil, İslam Respublikası onların qarşısına möhkəm yumruq və güclü biləklə çıxacaq; bu isə onları çəkindirəcək".