0
Wednesday 18 November 2020 - 10:39

"İsrail Suriyada terrorçuları himayə edir"

Story Code : 898482
"İsrail Suriyada terrorçuları himayə edir"
O, açıqlamasında bildirib ki, Suriya ordusu ölkə ərazilərində təhlükəsizliyi və sabitliyi bərpa etmək üçün daim addımlar atır.

"Terrorçular əllərinə düşə biləcək hər fürsətdən istifadə etməyə çalışırlar. İsrail rejimi hücumları da bu qəbildəndir. Onlar himayəçiləri olan İsrail rejimi hücumları zamanı ölkə ərazisində paralel olaraq terror aktları həyata keçirməyə cəhd edirlər", - deyə Buseyna Şaban diqqətə çatdırıb.

Bəşər Əsədin müşaviri qeyd edib ki, Suriya xalqı artıq terrorçuların əsarətində olmayacaq və bu barədə lazım olan bütün tədbirlər görülür. /Eastnews/