QR CodeQR Code

"İsrail Suriyada terrorçuları himayə edir"

18 Nov 2020 10:39

İslamTimes: Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban bölgədə terrorçuların son zamanlar yenidən aktivləşmək istədiklərini açıqlayıb.


O, açıqlamasında bildirib ki, Suriya ordusu ölkə ərazilərində təhlükəsizliyi və sabitliyi bərpa etmək üçün daim addımlar atır.

"Terrorçular əllərinə düşə biləcək hər fürsətdən istifadə etməyə çalışırlar. İsrail rejimi hücumları da bu qəbildəndir. Onlar himayəçiləri olan İsrail rejimi hücumları zamanı ölkə ərazisində paralel olaraq terror aktları həyata keçirməyə cəhd edirlər", - deyə Buseyna Şaban diqqətə çatdırıb.

Bəşər Əsədin müşaviri qeyd edib ki, Suriya xalqı artıq terrorçuların əsarətində olmayacaq və bu barədə lazım olan bütün tədbirlər görülür. /Eastnews/


Story Code: 898482

News Link :
https://www.islamtimes.org/az/news/898482/israil-suriyada-terrorçuları-himayə-edir

Islam Times
  https://www.islamtimes.org