0
Wednesday 18 November 2020 - 10:47

Cavad Zərif ABŞ-la danışıqların yalnız 5+1 formatında mümkün olacağını bildirib

Story Code : 898487
Cavad Zərif ABŞ-la danışıqların yalnız 5+1 formatında mümkün olacağını bildirib
SalamNews xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bunu ölkə mediasına açıqlamasında deyib.

ABŞ-da seçkilərin nəticələrilə və gələcəkdə ABŞ-İran danışıqlarının olub, olmaması ilə bağlı sualı cavablandıran İran XİN başçısı qeyd edib ki, Tehran ABŞ-la danışıqların əleyhinə deyil, lakin bu yalnız 5+1 formatı çərçivəsində baş tuta bilər.

O bildirib ki, mövcud problemi həll etmək üçün hətta danışıqlara da ehtiyac yoxdur. Zərif əlavə edib:

“Danışıqlar olmasa da olar. ABŞ sanksiyaları ləğv etsə və BMT TŞ-nın 2231-ci qətnaməsinə riayət etsə, biz də sabiq öhdəliklərimiziə qayıdarıq və hətta bunun üçün nüvə sazişinə qayıtmağın da zərurəti yoxdu. Eynilə Yaponiya və Hindistan kimi ki 5+1 ölkələrindən deyillər, lakin digər ölkələr kimi 2231-ci qətnaməyə riayət etməlidirlər.”