0
Wednesday 18 November 2020 - 16:46

"ABŞ özü İranın nüvə öhdəliklərini azaltmasına səbəb oldu"

Story Code : 898565
"ABŞ özü İranın nüvə öhdəliklərini azaltmasına səbəb oldu"
Rusiyanın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) nümayəndəliyi, ABŞ-ın "HBFP nüvə razılaşması"ndan çıxmazdan əvvəl İranın öhdəliklərinə sadiqliyini əks etdirən bir görüntü yayımlayıb.



Rusiyanın Vyanadakı nümayəndəliyi Beynəlxalq Atom Enerji Agentliyinin açıqlamasından bir neçə saat sonra bu görüntünü rəsmi Twitter hesabında yayımlayaraq yazıb: "Beynəlxalq Atom Enerji Agentliyinin iclası ərəfəsində İranda zənginləşdirilmiş uranın ehtiyatının həcmi ilə bağlı cədvəli yenilədik. Rəqəmlərdən görünür ki, İran uran ehtiyatını artırmağı ABŞ-ın HBPF razılaşmasından çıxmasından sonra başlayıb. Vaşinqtonun məntiqsiz qərarları səbəbindən İran uran ehtiyatını nüvə razılaşmasında qeyd olunan miqdardan yüksək həddə çatdırıb!"

Qeyd edək ki, İran 5+1 ölkələri imzalanan sənədə sanksiyaların aradan qaldırılacağı təqdirdə əməl edəcəyini açıq şəkildə bildirmişdi. ABŞ bu razılaşmanı tərk edərək İrana qarşı yeni sanksiyalar tətbiq etdikdən sonra rəsmi Tehran nüvə sahəsində fəaliyyətləri yenidən sabiq tempə qaytaracağını bildirib.
Source : IslamTimes