QR CodeQR Code

Rusiya sionist rejimin Fələstin torpaqlarında yaşayış massivi inşasını qınadı

IslamTimes , 18 Nov 2020 17:14

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyi sionist rejim tərəfindən işğal olunmuş ərazilərdə yaşayış massivi inşasının davam etdirilməsini pisləyən bir açıqlama verib.


Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "İsrail səlahiyyətliləri Şərqi Qüdsün işğal altındakı "Givat Xamatos" bölgəsində 1000 mənzil tikintisi üçün tender keçirməklə bir daha beynəlxalq qanunun açıq şəkildə pozulmasına çalışırlar."

Bəyanatda əlavə olaraq deyilir: "Rusiya İordan çayının qərb sahilindəki tikintilərin və məskunlaşmanın qanunsuz olmasını təkidlə bildirir və bizim bu məsələ ilə bağlı mövqeyimiz qəti və dəyişməzdir. İsrail rejiminin bu sayaq hərəkətləri Yaxın Şərqdə sülhü təhlükə altına atır!"


Story Code: 898573

News Link :
https://www.islamtimes.org/az/news/898573/rusiya-sionist-rejimin-fələstin-torpaqlarında-yaşayış-massivi-inşasını-qınadı

Islam Times
  https://www.islamtimes.org