0
Wednesday 18 November 2020 - 17:14

Rusiya sionist rejimin Fələstin torpaqlarında yaşayış massivi inşasını qınadı

Story Code : 898573
Rusiya sionist rejimin Fələstin torpaqlarında yaşayış massivi inşasını qınadı
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "İsrail səlahiyyətliləri Şərqi Qüdsün işğal altındakı "Givat Xamatos" bölgəsində 1000 mənzil tikintisi üçün tender keçirməklə bir daha beynəlxalq qanunun açıq şəkildə pozulmasına çalışırlar."

Bəyanatda əlavə olaraq deyilir: "Rusiya İordan çayının qərb sahilindəki tikintilərin və məskunlaşmanın qanunsuz olmasını təkidlə bildirir və bizim bu məsələ ilə bağlı mövqeyimiz qəti və dəyişməzdir. İsrail rejiminin bu sayaq hərəkətləri Yaxın Şərqdə sülhü təhlükə altına atır!"
Source : IslamTimes