QR CodeQR Code

"Hicaba azadlıq" aksiyasında həbs edilənlərin həbs müddəti uzadılıb

6 Aug 2011 18:28

IslamTimes - "Hicaba azadlıq" askiyasında həbs edilənlərin həbs müddəti 4 avqustda keçirilən məhkəmədə uzadıldı


Azərbaycanda orta məktəblərdə tətbiq edilən hicab qadağasına etiraz əlaməti olaraq keçirilən "hicaba azadlıq" askiyasında həbs edilən 15 nəfərdən səkkizinin həbs müddəti uzadılıb.

Bu barədə İsmayılov Tərlanın vəkili Dillqəm Ağayev məlumat verib.

Onun bildirdiyinə görə, dünən məhkəmə onların həbs müddətini iki aylıq uzadıb.

Bu səkkiz nəfərin içində İsmayılov Tərlan, Orucov Şirxan, Məmmədov Talehin olduğunun dəqiq bildiyini önə çəkən vəkil digər 5 nəfərin barəsində məlumatının olmadığını bildirib. /HaqqYolu - İslamazeri/


Story Code: 89867

News Link :
https://www.islamtimes.org/az/news/89867/hicaba-azadlıq-aksiyasında-həbs-edilənlərin-müddəti-uzadılıb

Islam Times
  https://www.islamtimes.org