QR CodeQR Code

Zərif: İran yalnız bu şərtlə nüvə anlaşmasına qayıda bilər...

19 Nov 2020 15:45

İslamTimes: “ABŞ-ın yeni rəhbərliyindən sanksiyaların ləğvini və nüvə anlaşmasına qayıtmağı gözləyirik”.


Teleqraf.com xəbər verir ki, bunu İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Zərif ABŞ rəhbərliyinin nüvə anlaşmasına necə qayıtmaq istəyi ilə bağlı danışıqlara ölkəsinin hazır olduğunu söyləyib:

“ABŞ sanksiyaları dayandırsa və Birləşmiş Millətlər Təşkilatının 2231 saylı qətnaməsinə əməl edərsə, Tehran nüvə anlaşmasına qayıdaraq öz öhdəliklərini yerinə yetirəcək”.

ABŞ-da keçirilən prezident seçkilərində zəfərini elan edən Co Baydenin İrana qarşı tətbiq olunan sanksiyaları asanlıqla ləğv edə biləcəyini vurğulayan Zərif deyib: “Bayden istəsə, bütün sanksiyaları ləğv edə bilər”.


Story Code: 898772

News Link :
https://www.islamtimes.org/az/news/898772/zərif-iran-yalnız-bu-şərtlə-nüvə-anlaşmasına-qayıda-bilər

Islam Times
  https://www.islamtimes.org