0
Thursday 19 November 2020 - 15:55

Pakistanın baş naziri İmran Xan ilk dəfə olaraq Əfqanıstana rəsmi səfərə yollanıb

Story Code : 898774
Pakistanın baş naziri İmran Xan ilk dəfə olaraq Əfqanıstana rəsmi səfərə yollanıb
SalamNews  AvaPress-ə istinadla xəbər verir ki, Pakistanın baş naziri İmran Xan rəhbərlik etdiyi nümayəndə heyətilə birgə Əfqanıstan paytaxtı Kabilə gedib.

Baş nazir ilk dəfə səfər etdiyi Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni və ölkənin digər rəsmilərilə görüşəcək.

Tərəflər qarşılıqlı əlaqələri, xüsusilədə Əfqanıstanda aparılan sülh danışıqlarını müzakirə edəcəklər.

Bundan öncə Əfqanıstan rəhbərliyi ölkədə silahlı qrupların hücumları ilə bağlı bir neçə dəfə rəsmi İslamabadı dəfərlərlə ittiham edib.