0
Thursday 19 November 2020 - 14:59

ABŞ dövlət katibi İsrailin işğal etdiyi Colan Yüksəkliklərinə gedib

Story Code : 898775
ABŞ dövlət katibi İsrailin işğal etdiyi Colan Yüksəkliklərinə gedib
SalamNews RT-ə istinadla xəbər verir ki, Mayk Pompeo İsrailin işğal etdiyi Suriyanın Colan Yüksəkliklərinə gedib.

O bu səfərdən öncə Qüdsdə çıxış edərkən bildirib ki, Donald Trampın Colan Yüksəkliklərini İsrailin ərazisi və Qüdsü İsrailin paytaxtı kimi tanıması reallığın qəbul edilməsidir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 497-ci qətnaməsinə əsasən Colan Yüksəklikləri Suriyanın ərazisi hesab edilir. İsrail bu bölgəni 1967-ci ildə işğal edib.