0
Saturday 21 November 2020 - 01:23

İŞİD lideri ABŞ kəşfiyyat xidməti ilə əməkdaşlıq edir

Story Code : 899031
İŞİD lideri ABŞ kəşfiyyat xidməti ilə əməkdaşlıq edir
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, ABŞ-ın hərbi sənədləri İŞİD terror qruplaşmasının yeni lideri haqqında gizli məlumatları ifşa edib.

Əl-Furat xəbər şəbəkəsi qeyd edib ki, məxfi sənədlər İŞİD-in yeni lideri Əbu İbrahim Əl-Quraşi kimi tanınan Əmir Məhəmməd Səid Əbdül Rəhman Əl-Mavlinin İraqdakı onlarla İŞİD üzvünə xəyanət etdiyini göstərir.

Bu sənədlərə görə, İŞİD-in yeni lideri amerikalılara 2008-ci ildə dindirmə zamanı bu qrupun üzvləri barədə məxfi məlumatlar verib. O, həmin dövrdə İraqdakı Boka həbsxanasında ABŞ-ın nəzarətində olan bir məhbus idi.

Amerikalılar məhz Boka həbsxanasında İŞİD terrorçularını yetişdirməyə müvəffəq olmuşdular. Əslində İŞİD-in özəyi bu həbsxanada formalaşmışdı.

Əl-Furatın yazdığına görə, Pentaqon tərəfindən aparılan Əl-Quraşi dindirmələri ilə əlaqəli 66 məlumatdan yalnız üçü açıqlanıb. Bu xəbərlər sayəsində Əl-Quraşi haqqında yeni məlumatlar ortaya çıxıb.

İŞİD lideri ilə Vaşinqton arasındakı bu qədər əməkdaşlığa baxmayaraq, ABŞ Ədliyyə Nazirliyi Əl-Quraşi haqqında məlumat sahibi olanlara mükafat olaraq 10 milyon dollar təklif etdiyini iddia edib.

Məlumata görə, Əl-Quraşi ABŞ kəşfiyyat agentləri ilə əməkdaşlıq etməyi qəbul etmişdi. Dindirmələr zamanı amerikalılara əməkdaşlıq edən 88 terror ünsürünün adlarını vermişdi.

Əl-Quraşi, həmçinin adam qaçırma və sui-qəsd əməliyyatları barədə məlumatları açıqlamış, lakin 2003-cü ildə beynəlxalq koalisiyanın İraqdakı hücumunda iştirakını inkar etmişdi.

Əl-Quraşinin etirafı, İŞİD-in necə qurulduğunu və 2007 və 2008-ci illərdə ABŞ-ın İraqdakı qüvvələrinin artmasından sonra necə güclənə bildiyini göstərib.