QR CodeQR Code

Trampın "Nevada" ümidləri də suya düştü!

21 Nov 2020 09:40

İslamTimes: ABŞ-ın Nevada ştatında məhkəmə hakimi prezident seçkilərinin nəticələrinin sertifikatlaşdırılmasını dayandırmaqdan imtina edib.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, hakim bunun təxminən 1 milyon seçicinin səslərinin sayılmasına mane olacağını bildirib.

“Məhkəmənin bu cür addım atması üçün səlahiyyəti yoxdur”, - deyə hakim qeyd edib.

Altı seçicisi olan Nevada Donald Trampın qərargahının prezident seçkilərində Co Baydenin qələbəsi ilə bağlı səslərin mübahisəli olduğunu əsas gətirərək yenidən sayılmasını tələb etdiyi ştatlardan biridir.

 


Story Code: 899075

News Link :
https://www.islamtimes.org/az/news/899075/trampın-nevada-ümidləri-də-suya-düştü

Islam Times
  https://www.islamtimes.org