0
Saturday 21 November 2020 - 10:57

Bayden bu şəxsi dövlət katibi təyin edəcək

Story Code : 899076
Bayden bu şəxsi dövlət katibi təyin edəcək
Axar.az xəbər verir ki, bu məlumatı “Hill” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet namizədin adının gələn həftə açıqlanacağını deyib. Baydenin bu vəzifəyə Toni Blinkenin adını irəli sürəcəyini söyləyib.

Qeyd edək ki, Blinken ABŞ dövlət katibinin birinci müavini və prezidentin milli təhlükəsizlik üzrə müşavirinin müavini vəzifələrində çalışıb. Məhz o, Obama administrasiyasının Pakistan, Əfqanıstan və İran nüvə proqramı ilə bağlı siyasətini hazırlayanlardan biri olub. Blinkin həmçinin Rusiya Prezidenti Vladimir Putin və onun yaxın ətrafına sanksiyaların tətbiq edilməsi fikrinin əsas müəlliflərindən biridir.