QR CodeQR Code

Bayden bu şəxsi dövlət katibi təyin edəcək

21 Nov 2020 10:57

İslamTimes: Cozef Bayden dövlət katibliyi postuna irəli sürəcəyi namizədin adını müəyyən edib.


Axar.az xəbər verir ki, bu məlumatı “Hill” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet namizədin adının gələn həftə açıqlanacağını deyib. Baydenin bu vəzifəyə Toni Blinkenin adını irəli sürəcəyini söyləyib.

Qeyd edək ki, Blinken ABŞ dövlət katibinin birinci müavini və prezidentin milli təhlükəsizlik üzrə müşavirinin müavini vəzifələrində çalışıb. Məhz o, Obama administrasiyasının Pakistan, Əfqanıstan və İran nüvə proqramı ilə bağlı siyasətini hazırlayanlardan biri olub. Blinkin həmçinin Rusiya Prezidenti Vladimir Putin və onun yaxın ətrafına sanksiyaların tətbiq edilməsi fikrinin əsas müəlliflərindən biridir.


Story Code: 899076

News Link :
https://www.islamtimes.org/az/news/899076/bayden-bu-şəxsi-dövlət-katibi-təyin-edəcək

Islam Times
  https://www.islamtimes.org