QR CodeQR Code

Rusiyanın XİN başçısı və müdafiə naziri Ermənistandadır

21 Nov 2020 11:30

İslamTimes: Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistandadır.


Rusiyanın müdafiə naziri Sergey Şoyqu noyabrın 21-də qurumlararası nümayəndə heyətinin tərkibində Yerevanda səfərdədir.

“Report” xəbər verir ki, məlumatı TASS-a Ermənistan hökumətindən bildiriblər.

Ermənistan hökumətinin mətbuat katibi Mane Gevrokyanın sözlərinə görə, S.Şoyqu artıq Nikol Paşinyanla görüşüb.

Bildirilib ki, Ermənistana Rusiyanın xarici işlər naziri Sergey Lavorov, baş nazirin müavinləri - Aleksandr Novak, Aleksey Overçuk, fövqəladə hallar naziri Yevgeni Ziniçev və Rusiya hökumətinin başqa rəsmilərinin də səfər edəcəyi gözlənilir.

Rusiyanın nümayəndə heyəti Yerevanada Ermənistan hökuməti ilə Azərbaycanın Qarabağ bölgəsinə rusiyalı sülhməramlıların yerləşdirilməsi, Rusiyanın maliyyə, texniki yardımına dair məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də keçirdiyi müşavirədə Qarabağ sakinlərinə hərtərəfli yardım edəcəklərini bildirib.


Story Code: 899080

News Link :
https://www.islamtimes.org/az/news/899080/rusiyanın-xin-başçısı-və-müdafiə-naziri-ermənistandadır

Islam Times
  https://www.islamtimes.org