QR CodeQR Code

Bayden xalqdan mali yardım istədi

IslamTimes , 21 Nov 2020 13:10

İslamTimes: Bayden keçid hökumətini maliyyələşdirmək üçün xalqdan yardım istədi


ABŞ-da prezident seçkiləri ilə bağlı qalmaqallı xəbərlərin davamında iki namizədin qələbə qazandıqlarını elan etməsindən sonra Demokrat namizəd xalqdan maddi yardım istəyib. Co Bayden seçkidə məğlub olduğunu qəbul etməyən Donald Trampın hakimiyyəti təhvil vermək istəməməsinin bir sıra problemlərə səbəb olduğunu bildirib.

Belə ki, keçid hakimiyyətinin hazırkı dövlət tərəfindən təmin edilməməsi Baydenin xalqdan maddi yardım istəməsinə səbəb olub.

Prezident Donald Trampın seçkilərin saxtalaşdırılması ilə bağlı iddiaları artıq bir neçə məhkəmə tərəfindən rədd edilsə də ABŞ Ümumi Xidmətlər İdarəsinin rəhbəri Emili Morfi Co Baydenin istəklərinə məhz Tramp səbəbindən tabe olmur.


Story Code: 899110

News Link :
https://www.islamtimes.org/az/news/899110/bayden-xalqdan-mali-yardım-istədi

Islam Times
  https://www.islamtimes.org