0
Saturday 21 November 2020 - 15:06

Pelosi: ABŞ-da böhran yaşanır, milyonlarla insan aclıq təhlükəsi ilə üz-üzədir!

Story Code : 899140
Pelosi: ABŞ-da böhran yaşanır, milyonlarla insan aclıq təhlükəsi ilə üz-üzədir!
Xanım Pelosu Amerikada "Şükran Günü"nün (Thanksgiving) yaxınlaşdığına işarə ilə deyib:

"Silahlı Qüvvələrimiz təhlükəsizliyi təmin edirlər. Onlara və ailələrinə demokratiya və azadlıq uğrunda fədakarlıqlarına görə təşəkkür edirik. Bu il hər zaman olduğundan fərqli olaraq bir arada ola bilməyəcəyik, ancaq nemətlərinə görə Allaha şükür etmək üçün online formatda birlikdə olacağıq.

Bu il 250.000 amerikalı koronavirus (Covid-19) epidemiyası səbəbindən həyatını itirdiyindən Şükran mərasimində bir məkana toplanmamaq barədə qərar qəbul etdik. Ötən həftədən gündəlik yoluxma sayı 160 mini keçib. Xəstəxanaya yerləşdirilənlərin sayı da rekord səviyyəyə çatıb. 20 milyon insan işini itirib. Onlara işsizlik səbəbindən nəzərdə tutulan yardımlar isə tezliklə bitəcək..."