QR CodeQR Code

Pelosi: ABŞ-da böhran yaşanır, milyonlarla insan aclıq təhlükəsi ilə üz-üzədir!

21 Nov 2020 15:06

İslamTimes: ABŞ Nümayəndələr Palatasının rəhbəri xanım Nensi Pelosi bildirib ki, ABŞ-da ciddi iqtisadi böhran yaşanır və 17 milyon azyaşlı normal qidalanmadığı səbəbindən təhlükə ilə üz-üzədir.


Xanım Pelosu Amerikada "Şükran Günü"nün (Thanksgiving) yaxınlaşdığına işarə ilə deyib:

"Silahlı Qüvvələrimiz təhlükəsizliyi təmin edirlər. Onlara və ailələrinə demokratiya və azadlıq uğrunda fədakarlıqlarına görə təşəkkür edirik. Bu il hər zaman olduğundan fərqli olaraq bir arada ola bilməyəcəyik, ancaq nemətlərinə görə Allaha şükür etmək üçün online formatda birlikdə olacağıq.

Bu il 250.000 amerikalı koronavirus (Covid-19) epidemiyası səbəbindən həyatını itirdiyindən Şükran mərasimində bir məkana toplanmamaq barədə qərar qəbul etdik. Ötən həftədən gündəlik yoluxma sayı 160 mini keçib. Xəstəxanaya yerləşdirilənlərin sayı da rekord səviyyəyə çatıb. 20 milyon insan işini itirib. Onlara işsizlik səbəbindən nəzərdə tutulan yardımlar isə tezliklə bitəcək..."


Story Code: 899140

News Link :
https://www.islamtimes.org/az/news/899140/pelosi-abş-da-böhran-yaşanır-milyonlarla-insan-aclıq-təhlükəsi-ilə-üz-üzədir

Islam Times
  https://www.islamtimes.org