QR CodeQR Code

Twitter: Prezidentə məxsus hesab 20 yanvarda Co Baydenə təqdim ediləcək!

IslamTimes , 21 Nov 2020 15:41

İslamTimes: Twitter də Trampın özbaşınalıqlarına əhəmiyyət verməyəcəyini bildirdi


"Twitter" kompaniyasının sözçüsü texnologiya nəhənginin 20 yanvar 2021-ci ildə Ağ Evin @whitehouse, @VP, @FLOTUS və bir sıra digər hesablar daxil olmaqla rəsmi Twitter hesablarını Co Baydenə təqdim edəcəyini bildirib. Kompaniya 3 noyabr seçkilərinin nəticələrinin 20 yanvaradək Tramp tərəfindən qəbul edilməyəcəyi təqdirdə belə hesabları Co Baydenə ötürəcəyini bildirib.

Bu proses ABŞ-ın Milli Arxiv İdarəsinin iştirakı ilə həyata keçiriləcək.
 
Twitter həmçinin bildirib ki, şirkət işçiləri önümüzdəki aylarda yeni prezident Co Bayden, Kamala Harris və digər rəsmilərlə görüşərək, yeni ABŞ rəhbərliyinin hökumət hesablarından necə istifadə etməyi planlaşdırdığı ilə bağlı müzakirə aparacaq.


Story Code: 899142

News Link :
https://www.islamtimes.org/az/news/899142/twitter-prezidentə-məxsus-hesab-20-yanvarda-co-baydenə-təqdim-ediləcək

Islam Times
  https://www.islamtimes.org