0
Sunday 22 November 2020 - 10:15

Ərdoğan: Rusiya və İranı heç vaxt gözardı edə bilmərik!

Story Code : 899289
Ərdoğan: Rusiya və İranı heç vaxt gözardı edə bilmərik!
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan bildirib.

O qeyd edib ki, AB-dən heç olmasa, Türkiyəyə qarşı açıq-aşkar düşmənçilik edənlərə alət olmamalarını gözləyir:

“Özümüzü başqa yerdə deyil, Avropada görürük. Gələcəyimizi Avropa ilə birlikdə qurmağı təsəvvür edirik. Eyni zamanda, bütün regional və qlobal məsələlərin həlli üçün ABŞ-la uzun və yaxın müttəfiqlik münasibətlərimizdən fəal şəkildə istifadə etmək istəyirik.

Həmçinin, Rusiya və İran kimi köklü tarixi münasibətlərimiz olan ölkələri də heç vaxt gözardı edə bilmərik”.