0
Monday 23 November 2020 - 00:42

İsrail Qəzzanın mühasirəsinə son qoymasa ağır bədəl ödəyəcək!

Story Code : 899384
İsrail Qəzzanın mühasirəsinə son qoymasa ağır bədəl ödəyəcək!
Fələstin Müqavimət Komitələrinin sözçüsü Əbu Mücahid sionist rejim tərəfindən Qəzzanın mühasirədə saxlanması və Fələstinə qarşı təcavüzün davam etməsindən danışıb.

Sözçü çıxışı zamanı deyib: "Müqavimət çox yaxşı bilir ki, işğalçı rejim daxili böhranla üz-üzədir və bu böhranı Qəzzaya doğru yönəltməyə çalışır."

Əbu Mücahid deyib: "Bizim açıq bir mesajımız var! Son illərdə Fələstin Müqavimətinin səyləri nəticəsində gücləndirilən gedişatın pozulmasına əsla icazə verməyəcəyik. Qəzzaya hər hansı bir təcavüzdən sonra baş verə biləcək hadisələrə görə işğalçı İsrail rejimi məsuliyyət daşıyacaq! Biz işğala uyğun şəkildə cavab verəcəyik."

Əbu Mücahid sonda deyib: "Təcavüz və mühasirə davam edərsə işğalçı rejim ağır bədəl ödəyəcək!"