QR CodeQR Code

"Tramp ABŞ-da demokratiyanı zəiflətməyə çalışır"

IslamTimes , 23 Nov 2020 01:17

İslamTimes: Sanders: "Tampın son addımları ABŞ demokratiyasına qarşı yönəlmiş hərəkətlərdir"


Vermont ştatından olan senator Berni Sanders Trampın davranışları barədə xəbərdarlıq edərək bildirib ki, Trampın son addımları Amerikada demokratiyaya zərbə vurmağa yönəlib.

Sanders Twitter hesabında yazıb: "Biz istibdadı, zülmü, özbaşınalığı heç vaxt adiləşdirməməliyik. Bir neçə ildir ki, Tramp və komandası inanılmaz yollarla, yalanlarla, fitnəyə səbəb olan bəyanatlarla Amerikada demokratiyanı zəiflətməyə çalışır. Onlar uğur qazanmamalıdır!"

Qeyd edək ki, hazırda Respublikaçıların da Trampa məğlubiyyəti qəbul etməsi üçün təzyiq göstərdiyi bildirilir. Amma Donald Tramp seçkidə saxtakarlığa yol verildiyini iddia edərək, zorla hakimiyyətdə qalmağa çalışır.

 


Story Code: 899385

News Link :
https://www.islamtimes.org/az/news/899385/tramp-abş-da-demokratiyanı-zəiflətməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org