QR CodeQR Code

"ABŞ-la Çin arasındakı çəkişmələr dünyanı faciəyə sürükləyir!"

IslamTimes , 24 Nov 2020 01:12

İslamTimes: Ksincer: "İki ölkə arasındakı gərginliklər Birinci Dünya Müharibəsindəki faciədən də ciddi böhrana səbəb ola bilər"


RT News xəbər verir ki, ABŞ-ın sabiq dövlət katibi Henri Ksincer ABŞ-Çin qarşıdurmasının Birinci Dünya Müharibəsinə bənzər bir fəlakətə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bloomberg-lə müsahibə zamanı 97 yaşlı sabiq ABŞ dövlət katibi ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenə Pekinlə Vaşinqton arasında rabitə olmamasının təhlükəli olduğunu bildirib. O Çin ilə əlaqələrin təcili bərpa edilməsinin vacibliyini vurğulayıb.

Kissincer Çin və ABŞ-ın daha öncə bir-biri ilə ciddi qarşıdurma yaşamadığını və baş verə biləcək gərginliyin hər iki ölkə üçün yeni fəsadlara yol açacağından danışıb. ABŞ-ın keçmiş dövlət katibi koronavirus epidemiyasının Pekinlə Vaşinqton arasında yaxşı əlaqələr qurmaq üçün bir fürsət ola biləcəyinə də işarə edib.

Qeyd edək ki, Donald Tramp bu gün daha 89 Çin şirkətinə sanksiya tətbiq edilməsi ilə bağlı göstəriş verib.


Story Code: 899576

News Link :
https://www.islamtimes.org/az/news/899576/abş-la-çin-arasındakı-çəkişmələr-dünyanı-faciəyə-sürükləyir

Islam Times
  https://www.islamtimes.org