0
Tuesday 24 November 2020 - 10:26

Prezident Ağdam məscidinə “Qurani-Kərim” bağışlayıb

Story Code : 899623
Prezident Ağdam məscidinə “Qurani-Kərim” bağışlayıb
APA xəbər verir ki, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Dövlət başçısı və birinci xanım səfər zamanı Ağdam məscidini ziyarət ediblər. Xocalı soyqırımında sağ qalan xocalıların ümid, pənah yerinə çevrilən qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.