0
Tuesday 24 November 2020 - 10:42

İranın Bakıdakı səfiri Qarabağ bəyanatını dəyərləndirdi

Story Code : 899625
İranın Bakıdakı səfiri Qarabağ bəyanatını dəyərləndirdi
İran və Azərbaycanın tarixi, mədəni və qonşuluq ortaqlıqları olduğunu söyləyən Musəvi İranın region qonşuları və regiondakı ölkələr arasında sülh, sabitlik, firavanlıq və əmin-amanlıq istədiyini söyləyib.

Dağlıq Qarabağ atəşkəs bəyanatı ilə əlaqədar olaraq səfir Musəvi "Azərbaycan və Ermənistan Rusiyanın köməyi və İranın əvvəlcədən təqdim etdiyi planla yaxşı bir razılaşma əldə etdilər. İran bu prosesi məmnuniyyətlə qarşılayır", - deyib.

İranın bölgədəki hər cür işğal və parçalanma təhdidlərinə qarşı olduğunu söyləyən Abbas Musəvi "Biz hər cür zülmə qarşıyıq və bunu son Dağlıq Qarabağ böhranında da dilə gətirdik", - deyə bildirib. /EastNews/