0
Tuesday 24 November 2020 - 11:01

Fransız deputat: Fransa avtoritar dövlətə çevrilir

Story Code : 899632
Fransız deputat: Fransa avtoritar dövlətə çevrilir
Axar.az xəbər verir ki, bu sözləri fransız deputat Natali Sarles mübahisələrə səbəb olan təhlükəsizlik qətnaməsi ilə bağlı açıqlamasında deyib.

Deputat hüquq-mühafizə orqanlarının əməkdaşlarının görüntülərinin yayılmasını qadağan edən qətnamənin qəti şəkildə əleyhinə olduğunu bildirib:

“Polis özünü qorumalıdır, lakin bu qətnamə həddən artıq şişirdilib. Qətnamə dövlətin avtoritar olduğunu təsdiqləyir”.

Qeyd edək ki, Fransa Milli Məclisində qəbul edilmiş Təhlükəsizlik Qətnaməsinə görə, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların şəxsiyyətini müəyyənləşdirən foto və video görüntülərin yayımlanması qanunla qadağan edilib. Yeni qanuna riayət etməyənləri 1 il həbs və 45 min avro cərimə cəzası gözləyir.