QR CodeQR Code

Fransız deputat: Fransa avtoritar dövlətə çevrilir

24 Nov 2020 11:01

İslamTimes: Səssiz şəkildə şəxsi azadlıqların aradan qaldırıldığı avtoritar dövlətə doğru irəliləyirik.


Axar.az xəbər verir ki, bu sözləri fransız deputat Natali Sarles mübahisələrə səbəb olan təhlükəsizlik qətnaməsi ilə bağlı açıqlamasında deyib.

Deputat hüquq-mühafizə orqanlarının əməkdaşlarının görüntülərinin yayılmasını qadağan edən qətnamənin qəti şəkildə əleyhinə olduğunu bildirib:

“Polis özünü qorumalıdır, lakin bu qətnamə həddən artıq şişirdilib. Qətnamə dövlətin avtoritar olduğunu təsdiqləyir”.

Qeyd edək ki, Fransa Milli Məclisində qəbul edilmiş Təhlükəsizlik Qətnaməsinə görə, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların şəxsiyyətini müəyyənləşdirən foto və video görüntülərin yayımlanması qanunla qadağan edilib. Yeni qanuna riayət etməyənləri 1 il həbs və 45 min avro cərimə cəzası gözləyir.


Story Code: 899632

News Link :
https://www.islamtimes.org/az/news/899632/fransız-deputat-fransa-avtoritar-dövlətə-çevrilir

Islam Times
  https://www.islamtimes.org