0
Tuesday 24 November 2020 - 20:40

Ali-Səud Fələstini arxadan bıçaqladı

Story Code : 899745
Ali-Səud Fələstini arxadan bıçaqladı
İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun Səudiyyə Ərəbistanına səfəri İslam dünyasında qınağa səbəb olub. İslam ölkələrində Ali-Səud rejiminin işğalçı sionist rejimi baş nazirinə qucaq açması sərt şəkildə tənqid olunub. Livanın Əl-Əxbar qəzeti bu xəbəri işıqlandıraraq "Səudiyyə Ərəbistanı Fələstini xəncərlə vurdu" yazıb.

Qəzet yazıb ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Netanyahu ilə Bin Salman arasında görüş keçirilmədiyini bildirsə də, sionist baş nazirin Riyaza səfəri xəbərini təkzib etməyib.

Netnayhunun Riyaza səfəri bu zamanadək gizli şəkildə gerçəkləşən "Sionist-Ali Səud" işbirliyinin açıq şəkildə davam edəcəyi anlamına gəlir.
Source : IslamTimes