QR CodeQR Code

Ayətullah Xamenei İrana qarşı sanksiyalar və Avropa ilə münasibətlərdən danışıb

IslamTimes , 24 Nov 2020 21:41

İslamTimes: "Fransa, İngiltərə öldürücü nüvə raketlərinə sahibdir, amma İrana deyirlər ki, raket istehsal etməyin. Bunun sizə nə aidiyyatı var?!"


İran İslam İnqilabının rəhbəri Ali Dini Lider Seyyid Əli Xamenei bugünkü çıxışında deyib: "Sanksiyalar iqtisadi problemlər yaradır, amma son zamanlar daha çox koronavirus səbəbindən xalqın iqtisadi çətinlikləri bir qədər artıb. Bu gün əksər mütəxəssislər bir-birinə bənzəyən, oxşar çıxış yolları olan planlar hazırlayıb. Demək, problemin həll yolu var, sadəcə əzm və iradə ilə təlaş göstərmək lazımdır. ABŞ və müttəfiqləri uzun illərdir ki, İran xalqına qarşı sanksiyalar və digər yollarla cinayət işləyir. Son 3 ildə bu cinayət daha da şiddətlənib."

Ayətullah Xamemeni bildirib ki, İran xalqı problemin həllini xaricdə axtarmamalıdır. Oturub gözləmək olmaz ki, kimsə İran üçün nə isə edəcək. Daxildə təlaş göstərilərək, sanksiyalar təsirsiz edilə bilər.

Ali Dini Lider bəzi Avropa ölkələrini də sərt tənqid edib: "Fransa, İngiltərə öldürücü nüvə raketlərinə sahibdir. Almaniya da bu yolda addımlayır. Onlar məntəqədə daim yanlış müdaxilələri ilə problemləri daha da şiddətləndiriblər. Amma bu gün İrana deyirlər ki, məntəqədə heç bir məsələyə qarışmayın, raket istehsal etməyin. Bunun sizə nə aidiyyatı var? Siz özünüzü islah edin, daha sonra nəzər bildirin..."


Story Code: 899756

News Link :
https://www.islamtimes.org/az/news/899756/ayətullah-xamenei-irana-qarşı-sanksiyalar-və-avropa-ilə-münasibətlərdən-danışıb

Islam Times
  https://www.islamtimes.org