QR CodeQR Code

Çin ABŞ rəsmilərinin Tayvana səfərlərinin dayandırılmasını tələb etdi

IslamTimes , 24 Nov 2020 21:53

İslamTimes: Çin Xarici İşlər Nazirliyi ABŞ-ı Tayvana səfərləri dayandırmağa çağırdı.


Çin ABŞ Donanmasının iki üzvünün Tayvana səfər etməsindən sonra ABŞ-a ciddi xəbərdarlıq edib. Rəsmi Pekin ABŞ-a sülh və sabitliyi təhlükə altına atdığı barədə xəbərdarlıq edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Liçian deyib: "Amerika Birləşmiş Ştatlarından istəyirik ki, Tayvan bölgəsi ilə bağlı həssaslığı dərk etsin və vahid Çini rəsmi olaraq tanısın!"

Bu il ABŞ Səhiyyə naziri və ABŞ Dövlət katibinin müavini də Tayvana səfər edib. Pekin bu təhrik edici addımdan sonra da qəzəbini dilə gətirib. Hər iki səfər zamanı Çin Hərbi Hava Qüvvələri qırıcı təyyarələrini havaya qaldıraraq bu məntəqənin hava sahəsində uçuş keçirib. Digər tərəfdən, ABŞ Tayvana PUA və digər hərbi təchizatlar da sataraq Çinin sərt etirazına səbəb olub.


Story Code: 899759

News Link :
https://www.islamtimes.org/az/news/899759/çin-abş-rəsmilərinin-tayvana-səfərlərinin-dayandırılmasını-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org