0
Wednesday 25 November 2020 - 09:12

Kerri: İlk işimiz bu sazişə qayıtmaq olacaq

Story Code : 899812
Kerri: İlk işimiz bu sazişə qayıtmaq olacaq
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi, Bayden administrasiyasında yenicə yer almış Con Kerri deyib.

“Bu böhrana son qoymaq üçün bütün dünya birləşməlidir. Elə ilk gündə Paris sazişinə qayıtma niyyətimizdə haqlıyıq. Həmçinin siz də haqlısınız ki, bir Paris müqaviləsi yetərli deyil. Növbəti il Qlazqoda baş tutacaq qlobal görüşdə bütün dünya ölkələri öz ambisiyalarını nümayiş etdirməlidir. Əks halda, biz hamımız uduzacağıq. Məğlub olmaq - variant deyil”, - deyə Kerri bildirib.

Qeyd edək ki, Bayden iqlim məsələləri üzrə müşavir vəzifəsinə keçmiş dövlət katibi Con Kerrini təyin edib.