QR CodeQR Code

HƏMAS İsrail ilə əməkdaşlığı tənqid etdi

25 Nov 2020 11:07

İslamTimes: Fələstin rəhbərliyinin İsrail rejimi ilə təhlükəsizlik əməkdaşlığını bərpa etmək qərarı Fələstin qrupları arasında konsensus və birliyi pozub.


Bu barədə HƏMAS Fələstin Hərəkatı Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk məlumat verib.

O, Qahirədəki HƏMAS və "Fəth" hərəkatı arasındakı danışıqların "Fəth"in seçkilərin ardıcıl keçirilməsinə etirazları ilə nəticələndiyini xatırladıb.

Marzuk qeyd edib ki, HƏMAS-ın strategiyası milli birliyi təmin etmək və ölkədəki siyasi parçalanmanı aradan qaldırmaqdır.

Xatırladaq ki, Misirin paytaxtı Qahirədə 15-17 noyabr tarixlərində "Fəth" və HƏMAS heyətləri arasındakı görüşdə bir çox mövzuda razılıq əldə edildi və danışıqların gələcəkdə davam etdirilməsi qərarı verildi.

17 noyabrda Fələstin rəhbərliyi İsrail rejimi ilə təhlükəsizlik əməkdaşlığını bərpa etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Fələstin dövlət başçısı Mahmud Abbas 19 May tarixində İsrail rejiminin işğal olunan İordan çayının qərb sahilindəki qanunsuz yəhudi məskunlaşma yerlərini və İordaniya vadisini "ilhaq etmək" planlarından sonra İsrail və ABŞ ilə təhlükəsizlik sahəsindəki bütün müqavilələrdən çəkildiyini söyləmişdi. /Eastnews/


Story Code: 899852

News Link :
https://www.islamtimes.org/az/news/899852/həmas-israil-ilə-əməkdaşlığı-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org