0
Sunday 7 August 2011 - 11:25

Tel-Əvivdə böyük etiraz aksiyası

Story Code : 89989
Tel-Əvivdə böyük etiraz aksiyası
Tel-Əvivdə böyük etiraz aksiyası
"IslamTimes"-ın verdiyi məlumata görə, şənbə günü 250 mindən çox israilli paytaxt Tel-Əvivdə etiraz aksiyası keçirib. Nümayişçilər bu addımla dövləti gündəlik xərclərin azaldılmasına vadar etmək niyyətindədirlər. İsraillilər əmək haqqlarının gündəlik təlabatlara xərclənən məbləğdən çox aşağı olduğunu bildirirlər.

İsrail rəsmiləri isə son vaxtlar artan ictimai təzyiq səbəbindən benzinin vergisinin artırılmasından vaz keçib.

Nəzərinizə çatdıraq ki, işğal olunmuş Fələstin torpaqlarında artıq bir neçə gündür ki, etirazlar davam edir. Aksiyalar zamanı polis müqaviməti ilə üzləşən onlarla İsrail vətəndaşı yaralanıbdır. Bu nümayişlər Netanyahunu ciddi problemlərlə üz-üzə qoyub.

İsraili KİV-i etiraz aksiyalarının davam edəcəyindən xəbər verərək, bu sayaq nümayişlərin İsrail iqtisadiyyatını iflic edəcəyini bildirib.

 
Comment


Related files