0
Wednesday 25 November 2020 - 23:30

Vendi Şerman: İranla razılaşmanın bərpası bir gecədə baş tuta bilməz

Story Code : 899991
Vendi Şerman: İranla razılaşmanın bərpası bir gecədə baş tuta bilməz
İranla 5+1 ölkələri arasında danışıqlarda ABŞ-ın müzakirə heyətinin rəhbəri olmuş Vendi Şerman dünən HBFP nüvə razılaşmasının bərpasının mümkünlüyü barədə danışıb.

Vendi Şerman deyib: "Heç bir şübhə yoxdur ki, Hərtərəfli Birgə Fəaliyyət Planı bu gün Trampın onu tərk etdiyi zamandakı kimi deyil. Ancaq İranın həyata keçirdiyi planlar demək olar ki, geri qaytarıla bilər. Yeni prezident Co Bayden bildirib ki, İran yenidən nüvə sazişində qeyd olunan öhdəliklərə qayıtsa, yeni ABŞ hökuməti də razılaşmaya qayıdacaq. Bu çətin də olsa mümkündür!"

Şerman əlavə edib: "Ümid edirəm ki, Bayden bu mövzuda Avropa ilə məsləhətləşəcək. Fransa, Almaniya, İngiltərə və Avropa Birliyi ölkələri, habelə Rusiya və Çin bu müqaviləni qoruyub, onu mühafizə ediblər. Avropa bu razılaşmaya sadiq qalıb."
Source : IslamTimes